Rusiyaya səyahət edənlərin NƏZƏRİNƏ: Vergi tətbiq olunacaq

   Rusiyaya səyahət edənlərin     NƏZƏRİNƏ:    Vergi tətbiq olunacaq
  12 İyul 2024    Oxunub:1649
Rusiya Prezidenti Vladimir Putin kurort vergisini dəyişdirərək 2025-ci ildən turist vergisinin tətbiqi haqqında qanun imzalayıb.
AzVision.az xəbər verir ki, sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.

Turist vergisi yerli vergi olacaq, onun tətbiqi zərurətini və dərəcələrini bələdiyyələr müstəqil müəyyən edəcəklər. Vergi hotellərin yerləşdiyi yer üzrə büdcəyə ödəniləcək.

Vergi müəyyən kateqoriyalı vətəndaşlar üçün hesablanmayacaq.

Vergi dərəcəsinin tədricən - 2025-ci ildə yaşayış minimumunun 1%-dən başlayaraq 2029-cu ilə qədər ildə bir faiz əlavə edilməklə (2029-cu ildən - 5%-dən çox olmamaqla) artırılması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti