Daha 6 şəhid 32 il sonra dəfn edilib

   Daha 6 şəhid 32 il sonra dəfn edilib
  12 İyul 2024    Oxunub:1050
1992-ci ilin fevral ayında Xocavəndin Qaradağlı kəndi uğrunda gedən döyüşlər zaman ermənilər tərəfindən qətlə yetirilərək itkin düşən şəxslərdən kimliyi məlum olan 6 şəhidin nəşinin qalıqları 32 ildən sonra doğma yurdlarında torpağa tapşırılıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları Xocavənd rayonunun Qaradağlı kəndində dəfn edilib.

Erməni hərbi birləşmələrinin kəndi işğal etdiyi zaman həmin şəxslər də qətlə yetirilib və ötən illərdə onlardan heç bir məlumat olmayıb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ermənilərin cinayət əməlləri üzə çıxıb və onların nəşinin qalıqları tapılıb və doğma kəndlərində - Qaradağlının Şəhidlər xiyabanında dəfn edilib.

Hərbçilərin və şəhidlərin yaxınlarının da iştirakı ilə keçən dəfn mərasimində yaylım atəşi açılıb. Şəhidlərimizin ruhuna dualar oxunub və onların nəşinin qalıqları torpağa tapşırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti