Ərdoğan: "Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq"

      Ərdoğan:    "Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq"
  12 İyul 2024    Oxunub:989
Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid edir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Ankara İrəvanla Bakı arasında razılaşmanın imzalanmasına və sülhün bərqərar olmasına sadiqdir. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərimizdə bu istiqamətdə müsbət addımların olduğunu görürük”, - deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Azərbaycan lideri İlham Əliyev də münaqişənin həlli üçün müsbət tədbirləri dəstəkləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti