Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Sənədlər 8 avqust 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı - Bərdə, Bakı - Tərtər, Bakı - Zaqatala, Bakı - Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də;
Bakı - Şəki, Bakı - Şəmkir, Bakı - Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da;
Bakı - İsmayıllı, Bakı - Siyəzən, Bakı - Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də;
Bakı - Göyçay, Bakı - Oğuz, Bakı - Qəbələ, Bakı - Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də;
Paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
AzVision.az
Teqlər: