Kreml sülh prosesinə yeni vasitəçi təklif etdi

Kreml sülh prosesinə yeni vasitəçi təklif etdi
  10 İyul 2024    Oxunub:1306
Rusiya Ukrayna ilə sülh danışıqları üçün yeni vasitəçi təklif edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Diplomat bildirib ki, İran bu məsələdə yeni vasitəçi ola bilər:

“Hələlik biz iranlı dostlarımızdan bu mövzuda konkret siqnallar almamışıq, lakin əgər İran hazırda bir neçə onlarla ölkənin həyata keçirdiyi vasitəçilik səylərinə qoşulmaqda maraqlı olarsa, o zaman biz bunu nəzərdən keçirməyə hazırıq”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasındakı münaqişənin həllində vasitəçi qismində yalnız ABŞ, Avropa İttifaqı və Çinin çıxış edə biləcəyini deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti