Braziliya İsraili qınadı

Braziliya İsraili qınadı
  10 İyul 2024    Oxunub:1132
Braziliya İsrailin nəzarətində olan İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məskənlərini genişləndirmək planını pisləyib.
AzVision.az xəbər verir ki, Braziliya Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada İsrailin məlum qərarı beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilib: "Hökumətimiz rəsmi Təl-Əvivin 27 iyunda İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaları genişləndirmək qərarından dəhşətə gəlib. Braziliyaya görə bu qərar sülh səylərinə kölgə salır".

Bəyanatda vurğulanıb ki, İsrailin məlum addımları Qəzza zolağında davam edən hücumlara son qoymağa hesablanmış regional sülh səylərini də ciddi təhlükə altına atıb.

XİN Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın fikirləri də xatırladılıb. O, “Paytaxtı Şərqi Qüds olan, Qəzza zolağı və İordan çayının qərb sahilini əhatə edən müstəqil Fələstin dövləti ilə yanaşı İsrailin də 1967 sərhədləri çərçivəsində, sülh və təhlükəsizlik içində" olmasını dəstəklədiyini bildirib.

Süsən Kərimova

AzVision.az



Teqlər: İsrail  





Xəbər lenti