Kadir İnanırın son vəziyyəti açıqlandı

   Kadir İnanırın son vəziyyəti açıqlandı
  10 İyul 2024    Oxunub:1140
Türkiyənin məşhur aktyoru, "Yeşilçam"ın ustad sənətkarı Kadir İnanırın səhhətinin pisləşdiyi, hətta intubasiya edildiyi iddia edilib.
Sənətçinin həyat yoldaşı Jülide Kural isə deyilənləri təkzib edib. O bildirib ki, aktyor ağciyərində infeksiya aşkarlandığı üçün reanimasiyada yatsa da, intubasiya edilməyib.
Türkiyəli aktyor evində huşsuz tapıldı


"Hətta Kadir bəy özü haqqında yazılan bütün xəbərləri izləyir. Sağalmaq üçün çox vaxt lazım olacaq. Bunun üçün səbirli və diqqətli olmalıyıq".

Qeyd edək ki, martın 24-də Beykozdakı evində halı pisləşən və xəstəxanaya çatdırılan aktyor beyin əməliyyatı keçirib və qan laxtası yığılan damarı açılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti