Separatçıların təhlükəsizlik işçiləri İrəvan MTX-də çalışacaqlar

Separatçıların təhlükəsizlik işçiləri İrəvan MTX-də çalışacaqlar
  10 İyul 2024    Oxunub:1058
Qarabağda mövcud olmuş qondarma rejimin "Milli Təhlükəsizlik Xidməti"nin keçmiş əməkdaşları Ermənistanın müvafiq strukturunda işə götürülə bilərlər.
AzVision.az xəbər verir ki, bununla bağlı parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının iclasında “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna müvafiq əlavələr edilib.

Parlamentdə olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini Andranik Simonyan da qeyd edib ki, separatçıların keçmiş "MTX"nin əməkdaşlarının ölkənin eyniadlı qurumunda müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi əsasların yaradılması təklif edilib: "Onlar işə təyin edilərkən iş stajı, tutduğu vəzifə və rütbə nəzərə alınacaq. Qanun 2023-cü ilin sentyabrın 19-a qədər "Milli Təhlükəsizlik Xidməti"ndə vəzifə tutmuş şəxslərə şamil ediləcək".

Qanuna tətbiq edilən əlavə isə müvəqqəti olacaq. O, 2025-ci il iyulun 1-dək işləyəcəkə və bundan sonra o qüvvədən düşəcək. Bundan yalnız Ermənistan vətəndaşlığı almış şəxslər istifadə edə bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti