Bosak: "NATO-da heç kim Ukraynanın üzvlüyünə ciddi yanaşmır"

      Bosak:    "NATO-da heç kim Ukraynanın üzvlüyünə ciddi yanaşmır"
  10 İyul 2024    Oxunub:1265
"Moskva dəfələrlə bildirib ki, Ukraynanın NATO-ya qoşulması Rusiyanın təhlükəsizliyinə təhdiddir. Məhz Kiyevin alyansa qoşulmaq istəyi xüsusi hərbi əməliyyatın səbəblərindən biri idi".
AzVision.az xəbər verir ki, bu sözləri Polşa Seyminin sədrinin müavini, ifrat sağçı Milli Hərəkat Partiyasının rəhbəri Kşiştof Bosak ölkənin "ZET" radiosuna açıqlamasında söyləyib.

"Ukrayna NATO sammitində alyansa qoşulmaqla bağlı dəvət almayacaq. Polşa siyasətçiləri ictimai rəyi belə cəfəngiyyatla yanlış məlumatlandırmaqdan qaçınmalıdırlar. Bəlkə də, nə vaxtsa bu baş verəcək, - hər halda, müharibənin nəticəsindən asılıdır", - deputat vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Polşa   Ukrayna   NATO  





Xəbər lenti