Ərdoğan və Orban Vaşinqtonda nələri müzakirə etdilər?

   Ərdoğan və Orban Vaşinqtonda nələri müzakirə etdilər?
  10 İyul 2024    Oxunub:1021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.
Türkiyə liderinin ofisindən verilən məlumata görə, iki ölkə liderləri ikitərəfli əlaqələri, Türkiyənin Aİ-yə qəbulunu, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə liderinin sözlərinə görə, Ankara Ukrayna və Qəzza zolağında münaqişəyə son qoymaq üçün sülh səylərini davam etdirir. Tərəflər bu regionlarda sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin səylərini gücləndirməyin vacibliyini vurğulayıblar.

Ərdoğan həmçinin qeyd edib ki, Ankara Macarıstanın Aİ Şurasına sədrliyi dövründə Türkiyənin Avropa İttifaqına daxil olması prosesində və Aİ ilə əlaqələrin inkişafında dəstəyinə ümid edir.

Öz növbəsində Orban X sosial şəbəkəsində Ərdoğan haqqında paylaşım edərək "sülh missiyamızda mühüm tərəfdaş" olduğunu qeyd edib.

Onun sözlərinə görə, Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukrayna arasında vasitəçi rolunda uğurla çıxış edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti