Nazir NATO rəsmisilə sülh prosesini müzakirə etdi

   Nazir NATO rəsmisilə sülh prosesini müzakirə etdi
  10 İyul 2024    Oxunub:872
Xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina ilə görüşüb.
AzVision.az XİN-ə istinadən xəbər verir ki, ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.

Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub.

AzVision.az


Teqlər:





Xəbər lenti