İran Klinikasının yaxınlığındakı ağaclar niyə kəsilir? - Açıqlama

   İran Klinikasının yaxınlığındakı ağaclar niyə kəsilir? -    Açıqlama
  10 İyul 2024    Oxunub:941
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İran Klinikasının yaxınlığında ağac kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmət rəsmisi Dünya Əhmədova bildirib ki, araşdırma zamanı sözügedən ünvanda quru söyüd ağacının Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən kəsildiyi müəyyən edilib.

“Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir və bu işlər növbəti günlərdə də davam edəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti