Xocalı sakinlərinə səyyar ASAN xidmət göstərilir

Xocalı sakinlərinə səyyar ASAN xidmət göstərilir
  10 İyul 2024    Oxunub:1030
​Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı Şuşa rayonunun işğaldan azad edilmiş Malıbəyli və Quşçular kəndləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Qanuna əsasən Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.
​Xocalı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən qeyd olunan kəndlərin sakinlərinin daimi qeydiyyat ünvanının dəyişdirilməsi zərurəti yaranıb.

​Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi səyyar qruplar formalaşdırılıb.

​Səyyar ASAN xidmət çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Gilavar sanatoriyasında və Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan müvafiq kəndlərin 150-dən çox sakininə xidmətin göstərilməsi nəzərdə tutulur.

​Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.






AzVision.az


Teqlər:





Xəbər lenti