İsrail "Hizbullah"ın obyektlərini bombalayıb - VİDEO

   İsrail "Hizbullah"ın obyektlərini bombalayıb -    VİDEO
  10 İyul 2024    Oxunub:632
İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" terror təşkilatının Livanın cənubunda yerləşən üç obyektinə aviazərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Bərəşit və Yənta kəndlərində təşkilatın hava hücumundan müdafiə qruplarına məxsus iki qərargah, Kəfr Kila kəndində isə cəbbəxana vurulub.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.
Brik: "Regional müharibənin astanasındayıq"

Ötən ilin 7 oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlayan İsrail və "Hizbullah" arasında sərhədboyu toqquşmalar getdikcə böyük müharibə təhlükəsinə çevrilməkdədir. İstər yerli, istərsə də xarici mütəxəssislər və siyasətçilər belə bir risklə bağlı öz narahatlıqlarını dilə gətirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   toqquşma  





Xəbər lenti