"Qarabağ" yoxlama görüşündə qələbə qazandı

"Qarabağ" yoxlama görüşündə qələbə qazandı
  09 İyul 2024    Oxunub:1184
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.
AzVision.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində 22 və 44-cü dəqiqələrdə fərqlənən Leandro Andrade dubl edib.Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Qeyd edək ki, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşıb. Qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

AzVision.az




Teqlər:





Xəbər lenti