YAP-ın müşahidəçiləri də qeydə alındı

YAP-ın müşahidəçiləri də qeydə alındı
  09 İyul 2024    Oxunub:763
Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 128 müşahidəçisi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu MSK-nın iyulun 9-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov açıqlayıb.

O bildirib ki, 125 nəfər partiyadan, 3 nəfər isə öz təşəbbüsü ilə müraciət edib: “Mərkəzi Seçki Komissiyası sabahdan etibarən müxtəlif qurumlarla – ASAN Xidmət, Ədliyyə Nazirliyi və digərləri ilə birlikdə maarifləndirmə tədbirlərinə başlayacaq. 2011-ci ildə prezidentin sərəncamına əsasən, Milli Fəaliyyət proqramı hazırlanıb. Bu sənəddə üzərinə vəzifə qoyulan dövlət orqanları səlahiyyətlərini ciddi tənzimlədi. MSK da bu məsələdə geridə qalmır. Biz bütün seçkilərdə, hətta seçki olmayan vaxtda da maarifləndirmə tədbirlərini həyata keçiririk. Bu baxımdan, seçki prosesi ilə əlaqədar ilk maarifləndirmə tədbiri Ombudsman Aparatı ilə birlikdə keçiriləcək. Bu il ilk dəfə səs verən seçicilərin də siyahısı hazırlanacaq və onların fəal iştirakı müşahidə ediləcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti