MSK sabahdan maarifləndirmə tədbirlərinə başlayır

MSK sabahdan maarifləndirmə tədbirlərinə başlayır
  09 İyul 2024    Oxunub:1012
Mərkəzi Seçki Komissiyası (MSK) sabah müxtəlif qurumlarla birlikdə maarifləndirmə tədbirlərinə başlayacaq.
AzVision.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 2011-ci ildə prezident sərəncamına əsasən, Milli Fəaliyyət proqramı hazırlanmışdı:

"Bu sənəddə üzərinə vəzifə qoyulan dövlət orqanları səlahiyyətlərini ciddi tənzimlədi. MSK da bu məsələdə geridə qalmır. Biz bütün seçkilərdə, hətta seçki olmayan vaxtda da maarifləndirmə tədbirlərini həyata keçiririk. Bu baxımdan, sabah bütün dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçiriləcək. Seçki prosesi ilə əlaqədar ilk maarifləndirmə tədbiri Ombudsman Aparatı ilə birlikdə baş tutacaq"

AzVision.az



Teqlər:





Xəbər lenti