Bakıda baş həkimin otağını yandıran xəstə saxlanıldı

   Bakıda baş həkimin otağını yandıran xəstə saxlanıldı
  09 İyul 2024    Oxunub:1351
Xəbər verdiyimiz kimi, Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün onun iş otağına benzin tökərək yandırıb.
Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, yanğını törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 9 saylı poliklinikada baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti