Ölkələrdən Ermənistana tələb: Zay peyklərinizi geri çağırın

   Ölkələrdən Ermənistana tələb:    Zay peyklərinizi geri çağırın
  09 İyul 2024    Oxunub:1827
Bəzi ölkə rəhbərləri Ermənistanın baş naziri Nikol Paşinyana İrəvanın “Armsat-1” və “Hayasat-1” peyklərini Yerə qaytarmağı xahiş ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr ölkələrin adını açıqlamayıb. Mütəxəssislərin fikrincə, peyklər qeyri-peşəkar şəkildə buraxılıb, hesablamalar düzgün aparılmayıb. İndi bu aparatlar başqa ölkələrin peyklərinin fəaliyyətinə mane olurlar.
Məqalədə o da bildirilir ki, kosmik sektora cavabdeh olan Avet Poqosyanın Ermənistanın yüksək texnologiya və sənaye nazirinin müavini vəzifəsindən istefa verməsi peyklərin uğursuz buraxılması ilə bağlıdır. Poqosyan özü isə bunu təkzib edib.

Qeyd edək ki, “Hayasat-1” Ermənistan istehsalı olan ilk peykdir və 2023-cü ilin dekabrında Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından orbitə buraxılıb. Armsat-1 isə İspaniyanın Satlantis şirkəti tərəfindən istehsal edilib. O, Ermənistanın ilk strateji peyki sayılır. Armsat-1 2022-ci ilin may ayında ABŞ-ın Kanaveral ərazisindən kosmosa buraxılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Peyk   Ermənistan  





Xəbər lenti