Lapid: "Atəşkəs danışıqları qəsdən çətinləşdirilir"

      Lapid:    "Atəşkəs danışıqları qəsdən çətinləşdirilir"
  09 İyul 2024    Oxunub:1170
"Benyamin Netanyahu atəşkəs razılaşmasını öz siyasi mənfəətinə qurban verir".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin müxalifət lideri, "Yeş Atid" ("Gələcək var") Partiyasının sədri Yair Lapid ölkənin "103FM" radio kanalına açıqlamasında dilə gətirib.

"Netanyahunun atəşkəs razılaşmasında irəli sürdüyü şərtlər müzakirəyə açıq məsələlər deyil. Bu bizə lazımsız yerə zərər vuraraq vəziyyəti çətinləşdirir", - o vurğulayıb.
İsrail “HƏMAS” ilə razılaşmanın şərtlərini açıqlayıb

Yeri gəlmişkən, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriç də HƏMAS ilə müharibədə bu, ya digər şəkildə atəşkəs razılaşmasının əleyhinədirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   atəşkəs  





Xəbər lenti