Dəhşətli statistika: Almaniyada 18 mindən çox uşağa zorakılıq edildi

      Dəhşətli statistika:    Almaniyada 18 mindən çox uşağa zorakılıq edildi
  09 İyul 2024    Oxunub:906
2023-cü ildə Almaniyada 14 yaşdan aşağı 18 min 497 uşaq cinsi zorakılığın qurbanı olub. Federal Kriminal Polis İdarəsinin məlumatına görə, bu, əvvəlki ilə nisbətən 7,7 faiz artım deməkdir.
Bu uşaqların 75,6 faizini qızlar, 24,4 faizini isə oğlanlar təşkil edib. İctimaiyyətə statistikanı açıqlayan Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib ki, ölkəsində hər gün 54 uşaq və gənc cinsi zorakılığa məruz qalır və bir çox cinayətkar hələ də tutulmayıb.

"Qurbanların çoxu cinayəti törədənləri tanıyır, çünki onlar ailə üzvləri, dostlar və ya tanışlardır. Uşaqlar üçün təhlükə yarandıqda baxmaq və hərəkət etmək dövlətin, eləcə də bütövlükdə cəmiyyətimizin əsas vəzifəsidir", -Fezer deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti