Husilər Ərəbistan dənizində daha bir gəmini vurublar

   Husilər Ərəbistan dənizində daha bir gəmini vurublar
  09 İyul 2024    Oxunub:1082
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması regionda növbəti hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, insident barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, hadisə Yəmənin Niştun limanından 180 dəniz mili şərqdə qeydə alınıb.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.

Ötən il oktyabr 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri husilər fələstinlilərə dəstək naminə Qırmızı dənizdə İsraillə əlaqəli gəmiləri hədəfə alırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   husilər   hücum  





Xəbər lenti