Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq

Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq
  08 İyul 2024    Oxunub:1175
Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.
AzVision.az xəbər verir ki, “Ələt-Astara-İran” sərhədi “Yenikənd-Biləsuvar” avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə.Quliyev, İ.Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, "Qaratəpə" ölçü qovşağında quraşdırılmış "kollektordan" təbii qazla təmin edilən, diametri PE-315 mm olan "Qarayevkənd" orta təzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti