Polşa aviasiyanı bir gündə iki dəfə döyüş vəziyyətinə gətirdi

Polşa aviasiyanı bir gündə iki dəfə döyüş vəziyyətinə gətirdi
  08 İyul 2024    Oxunub:1031
Polşa aviasiyası son sutkada bir neçə dəfə döyüş vəziyyətinə gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, Polşa ilə yanaşı müttəfiq ölkələrin təyyarələri Rusiya Federasiyasının intensiv hərbi fəaliyyətləri səbəbindən 24 saat ərzində ikinci dəfə havaya qaldırılıblar.

Saytlar ölkənin silahlı qüvvələrinin operativ komandanlığına istinadən məlumat yayıb.

Operativ komandanlığın "X" hesabında yazılıb: "Polşa və müttəfiqlərinin təyyarələri aktiv fəaliyyətə başladığı üçün ölkənin cənub-şərq hissəsində güclü səs-küy müşahidə oluna bilər”.

O da vurğulanıb ki, Rusiya Federasiyasının uzaqmənzilli aviasiyası yenidən Ukraynaya raket hücumları həyata keçirir və buna görə də Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti