Fransua Olland deputat seçilib - VİDEO

   Fransua Olland deputat seçilib -  VİDEO
  08 İyul 2024    Oxunub:867
Fransanın keçmiş prezidenti Fransua Olland (2012-2017) ölkədə keçirilən parlament seçkilərində qalib Yeni Xalq Cəbhəsi koalisiyasından deputat seçilib.
AzVision.az xəbər verir ki, sabiq dövlət başçısı seçicilərdən 43% səs toplayıb.

Beləliklə, o, 7 illik fasilənin ardınca siyasətə qayıdıb.

Yeri gəlmişkən, Fransada seçkilərdə ümumilikdə 25.81% səs toplayan və parlamentdə 182 mandat qazanan solçular xarici işlər naziri Stefan Sejurnenin rəhbərliyi altındakı mərkəzçi "Respublika naminə Birlikdə" koalisiyasını üstələyiblər. Prezident Emmanuel Makronun tərəfdaşları parlamentdə cəmi 163 mandat ala biliblər.

Seçkidə qələbə çalması gözlənən ifrat sağçı Milli Birlik Partiyası isə "yarış"ı üçüncülüklə başa vurub. Sağçılar parlamentdə 143 deputatla iştirak hüququna yiyələniblər.

Hazırda Baş nazir Qabriel Attalın, habelə bir sıra nazirin, o cümlədən XİN rəhbəri Stefan Sejurnenin hökumətdən istefası gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   seçkilər   solçular   qalib  





Xəbər lenti