Türkiyə himni çalınarkən efirə verilməyən “Bozqurd” görüntüsü - Video

   Türkiyə himni çalınarkən efirə verilməyən “Bozqurd” görüntüsü -    Video
  07 İyul 2024    Oxunub:1372
Avro-2024-ün dünən keçirilən Niderland - Türkiyə oyunu zamanı maraqlı hadisə yaşanıb.
Qol.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin dövlət himnini tribunadakı minlərlə türk azarkeş “Bozqurd” işarəsi göstərməklə oxuyub. Bununla onlar həm də millinin futbolçusu Merih Demirala UEFA tərəfindən verilmiş cəzaya etiraz ediblər.

Məlum olduğu kimi, Avstriya ilə 1/8 final oyununda 2 qol vuran Merih “Bozqurd” işarəsi göstərdiyinə görə 2 oyunluq cəzalanmış və Niderlandla vacib matçı buraxmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Türkiyə himni çalınarkən TV yayımının alman rejissorları azarkeşkəri yaxın planda göstərməyiblər. Həmin görüntülər yalnız sonradan azarkeşlərin özləri tərəfindən sosial mediada paylaşılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti