Azərbaycan Prezidenti: Enerji sahəsində strateji tərəfdaşlığımız çox əhəmiyyətlidir

      Azərbaycan Prezidenti:    Enerji sahəsində strateji tərəfdaşlığımız çox əhəmiyyətlidir
  06 İyul 2024    Oxunub:924
Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.
AzVision.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.
AzVision.az



Teqlər:





Xəbər lenti