Şuşada diplomatların iclası başladı
Toplantıda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu mühüm görüşün təşkilatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib: “Əminik ki, bu mühüm görüş təşkilatın və mövcud əməkdaşlıq potensialının maksimuma çatdırılmasına töhfə verəcək”.
C. Bayramov həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti, regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarına geniş məlumat verib.
Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.
AzVision.az
Teqlər: