Dünya Məktəblilərinin İdman Oyunlarının 2026-2028-ci illərdə Bakıda keçirilməsi müzakirə edilib

Dünya Məktəblilərinin İdman Oyunlarının 2026-2028-ci illərdə Bakıda keçirilməsi müzakirə edilib
  05 İyul 2024    Oxunub:1164

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Həsni Əl Əyubi ilə görüşüb
AzVision.az görüşdə nazir müavini Firudin Qurbanov təhsil müəssisələrində idman sahəsinin tədrisi və məktəblilərimizin nailiyyətlərindən danışıb. Nazir müavini uşaqlarda sağlam davranış qaydalarının formalaşması və onların zərərli vərdişlərdən uzaqlaşmasında idmanın xüsusi rol oynadığını diqqətə çatdırıb.

Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka federasiya tərəfindən beynəlxalq səviyyədə idman yarışlarının təşkili, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qonaq Elm və Təhsil Nazirliyi ilə uzunmüddətli tərəfdaşlıqda maraqlı olduqlarını dilə gətirib.

Görüşdə Beynəlxalq Məktəb İdmanı Federasiyası tərəfindən mütəmadi təşkil edilən Dünya Məktəblilərinin İdman Oyunlarının 2026-2028-ci illərdə Bakıda keçirilməsi də müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti