UEFA-dan Merih Demirala sərt cəza

   UEFA-dan Merih Demirala    sərt cəza
  05 İyul 2024    Oxunub:1032
UEFA Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.
AzVision.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 26 yaşlı müdafiəçiyə iki oyunluq cəza verilib. Bu isə o deməkdir ki, Demiral 1/4 finalda Niderlandla keçiriləcək oyunu və əgər komanda yarımfinala adlayırsa, həmin görüşün matçında meydanda olmayacaq.

Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiralın məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilib.

Qeyd edək ki, Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi. Merihin bu oyunda "boz qurd" işarəsi göstərməsi UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti