5 direktor işdən çıxarıldı, 16-na şiddətli töhmət verildi

 5 direktor işdən çıxarıldı, 16-na şiddətli töhmət verildi
  05 İyul 2024    Oxunub:1733
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Monitorinqlər davam etdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti