Sunak istefa verdi

   Sunak istefa verdi
  05 İyul 2024    Oxunub:976
Britaniyada parlament seçkilərində uduzan Mühafizəkarlar Partiyasının sədri, ölkənin Baş naziri Rişi Sunak vəzifəsindən istefa verib.
AzVision.az xəbər verir ki, o, istefa ilə bağlı müraciətini Kral III Çarlza bildirmək üçün Bukingem sarayına yollanıb.
Britaniyada seçkilərdə Leyboristlər qalib gəlib

Onun həm sarayda, həm də öz iqamətgahında ("Dauninq-strit") istefa bəyanatı ilə çıxışı gözlənilr.

Britaniyada Baş nazir postuna bu gün seçkilərdə qələbə çalan Leyboristlər Partiyasının sədri Kir Starmer gələcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   seçkilər   Baş-nazir  





Xəbər lenti