Bakıda evləri qanunsuz sökmək istədilər - DİN hərəkətə keçdi

   Bakıda evləri qanunsuz sökmək istədilər -    DİN hərəkətə keçdi
  05 İyul 2024    Oxunub:797
Gecə saatlarında tikinti şirkətlərindən birinin Bakının Yasamal rayonunda yaşayış evləri qanunsuz sökməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in "102" Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib:

"Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.

Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti