Avro-2024-də 1/4 final başlayır

   Avro-2024-də 1/4 final başlayır
  05 İyul 2024    Oxunub:631
Bu gün Avro-2024-də 1/4 final mərhələsinə start veriləcək.
AzVision.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə İspaniya və Almaniya yığmaları üz-üzə gələcək. Erkən final adlandırılan bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşacaq. Oyun saat 23:00-da start götürəcək. Bu cütlüklərin qalibləri yarımfinalda bir-biriləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti