ABŞ-la birlikdə yeni AES tikəcəyik - Qriqoryan

   ABŞ-la birlikdə yeni AES tikəcəyik    -    Qriqoryan
  04 İyul 2024    Oxunub:1047
Ermənistan ABŞ ilə birlikdə yeni Atom Elektrik Stansiyası (AES) tikməyi planlaşdırır
AzVision.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Ermənistan - Qərb Tərəfdaşlığı - Avropa İttifaqı, çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, danışıqlar vacib mərhələyə keçib.

“Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. İndi biz ABŞ-la kosmosun hüquqi tənzimlənməsi məsələsini müzakirə edirik, onsuz biz irəli gedə bilməyəcəyik. Hələlik topun ABŞ-ın meydanında olduğunu deyə bilərəm. Biz ABŞ-ın daxili proseslərinin başa çatmasını gözləyirik və bundan sonra işə başlayacağıq”, - Qriqoryan bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti