Fransa NATO-nun hərbi komandalığından çıxa bilər

   Fransa  NATO-nun  hərbi komandalığından    çıxa bilər
  04 İyul 2024    Oxunub:1252
NATO-ya üzv ölkələr parlament seçkilərindən sonra Fransada “Milli Birlik” partiyasının himayəsi altında sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalından və bunun Fransanın alyansın hərbi komandanlığından çıxması ilə nəticələnə biləcəyindən ciddi narahtdırlar.
AzVision.az xəbər verir ki, alyansa daxil olan bəzi ölkələrin adları çəkilməyən diplomatlarına istinadə edən “Euractiv” portalı belə məlumat yayıb.

Portalın mənbələrindən birinin dediyinə görə, NATO diplomatları seçkilərdən sonra yaranmış yeni vəziyyətdə Fransanın 1966-cı ildə olduğu kimi blokun hərbi komandanlığından çıxmaq qərarına gələ biləcəyi ehtimalını istisna etmir. Diplomatların fikri ilə razılaşan hərbi ekspert Mişel Düklo qeyd edib ki, sağçı “Milli Birlik” partiyası parlamentdə hakimiyyətə gələcəyi təqdirdə, Fransanın NATO-nun hərbi strukturundan “yumşaq və incə” şəkildə çıxması istiqamətində fəaliyyətə başlaya bilər.

“Fransanın NATO-nun missiyalarında işirak etmək üçün göndərdiyi qoşunlar daha aşağı səviyyəli olab bilər. Bundan başqa, Parisin belə missiyalar üçün ümumilikdə daha az qoşun göndərmək qərarına gəlməsi mümkündür”, - Düklo deyib.

Diplomatik mənbələrin fikrincə, seçkilər nəticəsində sağçıların hakimiyyətə gəlməsi Fransanın NATO-dakı gələcək təsirini də sual altına qoya bilər. Çünki aparıcı sağçı “Milli Birlik” partiyası ölkənin alyansa üzvlüyünün məqsədəuyğunluğuna və Kiyevə yardımın göstərilməsinə şübhə ilə yanaşır. Portalın mənbələri, həmçinin, siyasi məsələlərdə də sağçılar Fransasının “Rusiyaya üz tuta biləcəyindən” narahatdırlar.

Bununla belə, “Euractiv” portalı Ukraynadakı münaqişə fonunda Fransanın “Milli Birlik” partiyasının NATO ilə bağlı mövqeyinin yumşaldığını xatırladıb. Belə ki, martın sonunda “Milli Birlik” partiyasının lideri Jordan Bardella hakimiyyətə gələcəyi təqdirdə, Fransanı NATO-nun ümumi hərbi komandanlığından çıxarmaq niyyətini açıqlasa da, bunun yalnız Ukrayna münaqişəsinin butməsindən sonra edilə biləcəyini də vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   NATO  





Xəbər lenti