Rahil Məmmədov Polşa klubundan ayrıldı

Rahil Məmmədov Polşa klubundan ayrıldı
  04 İyul 2024    Oxunub:824
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi vurğulanıb.

Qeyd edək ki, Rahil Məmmədov 2024-cü ilin yanvarından LKS-də oynayırdı. O, bu komandanın heyətində Polşa Ekstraklasasında 16 oyunda meydana çıxıb.

LKS ötən mövsümün yekununa əsasən, yüksək liqanı tərk edib. Komanda 2024/25 mövsümünə birinci liqadan başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti