“Azeri Light” ucuzlaşdı

   “Azeri Light” ucuzlaşdı
  04 İyul 2024    Oxunub:1379
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,73 ABŞ dolları və ya 0,8% azalaraq 90,05 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən gün neftimiz 90,78 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
AzVision.az


Teqlər:





Xəbər lenti