Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi
![Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi](https://azvision.az/photos/2024/07/yuk-qatar-1720023963.jpg)
Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də yola düşüb.
Bildirilir ki, yeni marşrut Çin-Avropa yük qatarları şəbəkəsi boyunca iqtisadi-ticari əməkdaşlığa və “Kəmər və yol” təşəbbüsünün inkişafına töhfə vermək məqsədilə açılıb.
AzVision.az
Teqlər: