Rusiya ATƏT PA-da iştirakını dayandırıb

Rusiya ATƏT PA-da iştirakını dayandırıb
  03 İyul 2024    Oxunub:627
Rusiya Dövlət Duması və Federasiya Şurası bu ölkənin Federal Məclisi nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası
məlumat yayıb.

“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiyanın ATƏT PA-nın büdcəsinə ödənişlərin dayandırılmasını əsaslı və məntiqli hesab edirlər”, - Dövlət Dumasının bəyanatında qeyd edilib.

Sənəd ATƏT PA və BMT-yə də göndəriləcək.
AzVision.az



Teqlər:





Xəbər lenti