Pezeşkiyan: "Mən türkəm, Azərbaycanda dünyaya gəlmişəm" - VİDEO

 Pezeşkiyan:  "Mən türkəm, Azərbaycanda dünyaya gəlmişəm" - VİDEO
  02 İyul 2024    Oxunub:1329
İranda prezident postuna namizəd, sabiq səhiyyə naziri (2001-2005) Məsud Pezeşkiyan ötən günlərdə verdiyi müsahibələrin birində özünün milli kimliyi ilə bağlı məqama birmənalı şəkildə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, bu barədə kadrlar sosial şəbəkə platformalarında yayılıb.

Müsahibə götürən şəxsin "Siz səlis kürdcə danışırsınız. Haralısınız?" sualına cavabında o:

"Evdə uşaqlarımla da əvvəldən türkcə danışmışıq, farsca danışmağa qoymamışam. Qətiyyətlə deyirəm ki, mən türkəm, Azərbaycanda dünyaya gəlmişəm. Atam da, anam da türkdürlər. Türk olmağımla iftixar edirəm", - vurğulayıb.



Firudin Həmidli

AzVision.az


Teqlər: İran   prezident   namizəd   Pezeşkiyan  





Xəbər lenti