Türkiyə-Ermənistan sərhədində planlaşdırılan görüş baş tutmayıb

   Türkiyə-Ermənistan sərhədində planlaşdırılan    görüş baş tutmayıb
  02 İyul 2024    Oxunub:1043
Ankara Türkiyə və Ermənistan nümayəndələri arasında bu günə planlaşdırılan görüşlə bağlı fikrindən daşınıb.
AzVision.az bildirir ki, adı çəkilməyən diplomatik mənbə erməni mediasına belə məlumat verib. Bir müddət əvvəl iyulun 2-də Ermənistan-Türkiyə sərhədində iki ölkə nümayəndələrinin görüşünün planlaşdırıldığı barədə məlumat yayılmışdı.

“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - diplomatik mənbə yazıb.

Görüşün, ümumiyyətlə, ləğv edilib-edilmədiyi barədə isə hələlik heç bir açıqlama verilməyib. Yeri gəlmişkən, planlaşdırılan görüş barədə məlumat rəsmən təsdiqlənməmişdi.
Xatırladaq ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan görüşlə bağlı müəyyən anlaşmanın olduğunu vurğulamışdı.

- Uzun müddətdir ki, rəsmi görüş olmayıb, amma bizim aramızda razılıq var. Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün nə vaxt və harada baş tutacağı ilə bağlı hələlik razılaşmamız yoxdur”, - Rubinyan bildrimişdi.

Rubinyan onu da qeyd edib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və istismara hazırdır.

İki dövlət arasında münasibətlərin tənzimlənməsi üzrə Türkiyənin xüsusi elçisi 7 il ABŞ-da səfir olmuş və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Sərdar Kılıçdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Ermənistan  





Xəbər lenti