"Russneft" Azərbaycandakı aktivlərindən imtina etdi

"Russneft" Azərbaycandakı aktivlərindən imtina etdi
  01 İyul 2024    Oxunub:1633
Rusiyanın "Russneft" şirkəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd edilib ki, “Russneft” şirkəti Britaniya-Virciniya şirkəti (GEA) Holdings Ltd ” ilə əlaqələrini kəsib.

“GEA Holdings Ltd” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşdır. GEA vasitəsilə "Russneft" "Abşeron", "Binəqədi", "Nefteçala" və "Şirvan" yataqlarının işlənməsində iştirak edib.

Kayman adalarından olan 4 şirkət də "Russneft"in strukturundan xaric edilib. Beləliklə, “Russneft”in xarici istehsal aktivləri qalmayıb.

Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlamışdı.

AzVision.az



Teqlər: neft   Azərbaycan  





Xəbər lenti