Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib
  01 İyul 2024    Oxunub:597
XİN-in bəyanatına görə, ABŞ Finlandiyanın əsas strateji müttəfiqidir və iki ölkə arasında əməkdaşlıq təhlükəsizlik mühitindəki dəyişikliklər səbəbindən getdikcə daha çox əhəmiyyət kəsb edir
AzVision.az xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi sənədin ABŞ-ın ölkədə hərbi mövcudluğunun mümkünlüyünü tənzimlədiyini və regional əməkdaşlığı təşviq etdiyini bildirib.

Müqaviləyə əsasən, Helsinki özünün 15 hərbi obyektini amerikalı hərbçilərin istifadəsinə verə və Finlandiyaya ABŞ hərbi texnikası göndərilə bilər. Sənəd, həmçinin Birləşmiş Ştatların Skandinaviya ölkəsində daimi hərbi mövcudluğu üçün də zəmin yaradır.

Qeyd edək ki, Helsinki və Vaşinqton müvafiq sazişi 2023-cü il dekabrın 18-də imzalayıb.

AzVision.az






Teqlər:





Xəbər lenti