Kleman Bon: "Fransa "sağa dönməməlidir"

      Kleman Bon: "Fransa "sağa dönməməlidir"
  01 İyul 2024    Oxunub:1121
"İfrat sağçıların hakimiyyətə gəlməsi təkcə Makron və onun tərəfkeşləri üçün yox, bütün Fransa xalqı üçün faciə doğuracaq. Gəlin bu yola dönməyək. Qayıtmaq bizə baha başa gələcək".
AzVision.az xəbər verir ki, bu sözləri Fransada parlament seçkilərində uduzan namizəd, keçmiş nəqliyyat naziri, Prezident Emmanuel Makronun müttəfiqi Kleman Bon "X" hesabında yazıb.

O, seçicilərə xəbərdarlıq ünvanlayaraq, seçkilərin ikinci turunda ifrat sağçı qanada mənsub Milli Birlik Partiyası üzərində qələbənin zəruriliyini vurğulayıb.

"Demokratiya böhranına imkan verməyək. Qoy demokratiyamız nəfəs alsın ki, konkret problemlər üzrə işlər görüb islahatlar aparaq. Əks təqdirdə, heç nə dəyişəsi deyil", - keçmiş nazir diqqətə çatdırıb.
Fransada seçkilər: Makron uduzur

Fransa timsalında Avropa ölkələrində ifrat sağçılıq meyilləri liberal və mərkəzçi liderlərdə narahatlıq yaradır. Məsələn, Polşanın Baş naziri Donald Tusk bu meyillərin Avropada xüsusilə Rusiya-Ukrayna müharibəsinə qarşı yanaşmanı dəyişdirdiyini, bütün region üçün təhlükə yarandığını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   seçkilər   ifrat-sağçılıq  





Xəbər lenti