WP: “Tayvan Ukraynadakı müharibədən nəticə çıxarır”

   WP: “Tayvan    Ukraynadakı müharibədən nəticə    çıxarır”
  01 İyul 2024    Oxunub:700
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi Tayvanda rezonans doğurub və adanın hökuməti bu hadisədən özü üçün vacib dərs götürüb.
AzVision.az xəbər verir ki, Tayvanın Vaşinqtondakı faktiki səfiri Aleksandr Tax-ray Yuyanın bəyanatına istinad edən Amerikanın “The Washington Post” qəzeti Tayvan hökumətinin Pekinə qarşı qətiyyətli davranmağa hazır olduğunu yazıb.

“Çinin sədri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinin yolunu gedərək, Tayvanı ələ keçirməyə cəhd göstərməsi perspektivi əvvəlkindən daha çox ehtimal olunur. Amerikadan yeni hərbi yardımlar alan Tayvan isə bu təhlükəni daha güclü şəkildə dəf etməyə hazırlaşır. Rusiyanın Ukraynaya hücumu Tayvan ictimaiyyətini öz astanasındakı təhlükələrin “perspektivləri və reallığı” barədə düşünməyə vadar etdi”, - qəzetdə dəırc olunan məqalədə deyilir.

Məhz bu reallıqdan çıxış edən Tayvan hökuməti keçən il müdafiə xərclərini 2022-ci illə müqayisədə təxminən 14 faiz, həmçinin məcburi hərbi xidmət üçün təlim müddətini dörd aydan bir ilə qədər artırıb. Tayvan da Ukrayna kimi, daha böyük və daha güclü düşmən qarşısında asimmetrik döyüş qabiliyyətini inkişaf etdirməyə çalışır. Eyni zamanda, ada hökuməti bütün Ukrayna cəmiyyətinin ölkənin müdafiəsində geniş şəkildə iştirakına da diqqət yetirir.

“Yalnız siz özünüz özünüzə kömək edəcəyiniz halda insanlar sizə kömək edəcəklər. Bu, Ukraynadakı müharibədən öyrəndiyimiz ən böyük dərslərdən biridir”, – Tayvanın Vaşinqtondakı səfir deyib.

Onu da qeyd edək ki, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqlarından fərqli olaraq, ABŞ Konqresində Tayvana dəstək məsələsində demokratlarla respublikaçılar arasında heç bir mövqe ixtilafı olmayıb. Bununla belə, bəzi amerikalı ekspertlər Vaşinqtonun Ukraynada hərbi əməliyyatlara fəal dəstəyinin Tayvanın müdafiəsini gücləndirmək imkanlarını məhdudlaşdırmasından narahatdırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Tayvan  





Xəbər lenti