Leysan olacaq, çaylardan sel keçəcək

Leysan olacaq, çaylardan sel keçəcək
  01 İyul 2024    Oxunub:515
Azərbaycanın rayonlarında iyulun 2-dən 3-ü axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti