İngiltərə 1/4 finalda

   İngiltərə 1/4 finalda
  30 İyun 2024    Oxunub:745
Avro-2024-də 1/8 final mərhələsi davam edir.
AzVision.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.

Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Oyunda hesabı Slovakiya açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. İngilislər əlavə vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib. Qaret Sautqeytin komandası bu mərhələdə İsveçrə ilə qarşılaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti