İmişlidə müxtəlif növ silah-sursat tapılıb

İmişlidə müxtəlif növ silah-sursat tapılıb
  30 İyun 2024    Oxunub:856
İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd "AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti