Britaniya İsrailə silah satışını dayandıra bilər

   Britaniya İsrailə silah satışını dayandıra bilər
  30 İyun 2024    Oxunub:705
Müxalif Leyboristlər Partiyası Böyük Britaniyada keçiriləcək ümumi seçkilərdə qalib gələrsə, İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyada yenidən deputatlığa namizəd Fabian Hamilton deyib. “Silah satışı məsələsinə gəlincə, gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, - deyə siyasətçi bildirib. Hamilton əlavə edib ki, Leyboristlər Britaniya silahının “ən yaxşı müştərisi” olan Səudiyyə Ərəbistanına da silah satışını dayandıracaq.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirmişdi ki, London İsrailə silah satışı üçün ixrac lisenziyalarının verilməsini dayandırmaq niyyətində deyil.


AzVision.az


Teqlər:





Xəbər lenti